Bank Of Baku

“Bakı” Moskvanın “Torpedo” klubunun yarımmüdafiəçisini baxışa çağırıb

“Bakı” Moskvanın “Torpedo” klubunun yarımmüdafiəçisini baxışa çağırıb
# 07 fevral 2007 15:43 (UTC +04:00)
Azərbaycan çempionu “Bakı” Moskvanın “Torpedo” klubundan baxışa oyunçu dəvət edib. Bu haqda “APA-Sport” agentliyinə klubun baş meneceri Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, 1989-cu il təvəllüdlü Rinat Raimovu “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində iştirak etdikləri zaman rusiyalı menecerlər təklif edib: “Bu futbolçunu perspektiv baxımından komandamıza götürmək fikrindəyik. Rinatla hələ rəsmi müqavilə bağlamayaraq, onu baxışdan keçiririk. Həm sol, həm də sağ cinahda çıxış edən bu yarımmüdafiəçi “Spartak” klubunun futbol məktəbində yetişib. Rinat milliyətcə tatar olsa da, Moskvada anadan olub. Valideynlərinin Azərbaycana bağlılığı var. Belə ki, onun valideynləri vaxtilə Artyom qəsəbəsində yaşayıblar. Məhz bu bağlılığa görə, onu milliləşdirib yığma komandalarımızda xidmətindən istifadə etmək olar”. Baş menecer, həmçinin bildirib ki, R.Raimovun gələcək taleyinə XV Azərbaycan çempionatının ikinci dövrəsinin startınadək aydınlıq gətiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR