Bank Of Baku

Türkiyənin futzal yığması Azərbaycanla iki yoldaşlıq görüşü keçirməkdən imtina edib

Türkiyənin futzal yığması Azərbaycanla iki yoldaşlıq görüşü keçirməkdən imtina edib
# 07 fevral 2007 15:56 (UTC +04:00)
Türkiyənin futzal yığması Azərbaycan millisi ilə əvvəlcədən nəzərdə tutulduğu kimi iki yoldaşlıq görüşündə qüvvəsini sınamayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, iki ölkə millisi arasında fevralın 19-da və 20-də iki yoxlama oyunun keçirilməsi planlaşdırılsa da, türkiyəlilər yalnız bir sınaq matçının keçirilməsinə üstünlük veriblər. Bu oyun isə fevralın 20-də İstanbulun “Daruşşafaka Ayhan Şahenk” İdman Kompleksində keçiriləcək. Futzal Federasiyasının vitse-prezidenti Mahmud Sadıqov isə “APA-Sport”a açıqlamasında bildirib ki, türkiyəlilərin fikirlərindən daşınmalarından xəbərsizdir: “Bir iki oyun keçirməyi planlaşdırmışdıq”.
Qeyd edək ki, qarşılaşma hər iki milli komanda üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR