Bank Of Baku

Şahin Diniyev: “Hesab oyuna görə oldu”

Şahin Diniyev: “Hesab oyuna görə oldu”
# 07 fevral 2007 16:54 (UTC +04:00)
Milli komandamızın Özbəkistan yığması ilə bu gün səfərdə keçirdiyi yoldaşlıq görüşü heç-heçə başa çatıb. Karşi şəhərində baş tutan oyunda qolsuz bərabərlik qeydə alınıb. Bununla da, millimizin üç ilə yaxın davam edən qələbəsiz oyunlar seriyası davam edib. Qeyd edək ki, milli komandamız sonuncu qələbəsini 2004-cü ilin mayın 28-də Bakıda elə özbəklər üzərində qazanıb. Oyundan sonra “APA-Sport” agentliyinə məlumat verən milli komandamızın baş məşqçisi Şahin Diniyev bildirib ki, bərabər səviyyəli keçən oyunda hər iki komandanın qol vurmaq üçün bir neçə real şansı olub: “Leandro Qomeş, Ceyhun Sultanov və Vüqar Nadirov əlverişli vəziyyətləri boşa verdilər. Bu oyunda 18 futbolçunun hamısını meydana buraxdım. Hesab oyuna görə oldu”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR