Bank Of Baku

“Gənclərbirliyi” klubunun moldovalı baş məşqçisi İliye Karp istefa verib

“Gənclərbirliyi” klubunun moldovalı baş məşqçisi İliye Karp istefa verib
# 08 fevral 2007 08:29 (UTC +04:00)
Sumqayıtın “Gənclərbirliyi” klubunun moldovalı baş məşqçisi İliye Karp vəzifəsindən istefa verib. Bu haqda “APA-Sport” agentliyinə klubun vitse-prezidenti Vaqif Sadıqov məlumat verib. V.Sadıqovun sözlərinə görə, moldovalı mütəxəssisin istefasına səbəb komandada yaranan maliyyə problemləri olub: “Karp çoxdan getmək istəyirdi. Həmin vaxt onu fikrindən daşındırdıq. Ancaq sonda istefa verib vətəninə yollandı”. Vitse-prezident bildirib ki, hazırda baş məşqçi axtarışına çıxıblar: “Klub rəhbərliyi qarşıdakı günlərdə baş məşqçi məsələsini həll etməlidir. Hələlik komanda Karpın köməkçiləri olmuş Məhərrəm Həsənovla Xəyyam Bəkirova tapşırılıb. Özümün baş məşqçi olacağım haqda deyilənlər doğru deyil. Belə fikrim yoxdur. Klubdakı fəaliyyətimi vitse-prezident kimi davam etdirib təşkilati məsələlərlə məşğul olacağam”
/APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR