Bank Of Baku

Hollandiya Rusiyanı böyük hesabla məğlub edib

Hollandiya Rusiyanı böyük hesabla məğlub edib
# 08 fevral 2007 09:10 (UTC +04:00)
Futbol üzrə milli komandalar arasında yoldaşlıq görüşləri keçirilib. 2008-ci il Avropa çempionatının seçmə mərhələsində A qrupunda yer alan Azərbaycan yığmasının səfərdə Özbəkistanla oyununda hesab açıqlamayıb. Komandamızın qrup rəqiblərindən Portuqaliya millisi Braziliya üzərində 2:0 hesablı qələbə qazanıb. Qrupumuzdakı digər təqiblərdən Qazaxıstan yığması səfərdə Çinə 1:2 hesabı ilə uduzub, Ermənistan səfərdə Andorra (0:0), Polşa öz meydanında Slovakiya ilə (2:2) heç-heçə oynayıb, Belçika isə öz meydanında Çexiyaya uduzub - 0:2. Son iki gündə Bolqarıstanda keçirilən beynəlxalq turnir də daxil olmaqla, daha 31 görüş keçirilib: Bolqarıstan - Latviya - 2:0, Cənubi Kipr - Macarıstan - 2:1, Mali - Litva - 3:1, Şimali İrlandiya - Uels - 0:0, Avstraliya - Danimarka - 1:3, Yunanıstan - Cənubi Koreya - 0:1, Nigeriya - Qana - 1:4, Seneqal - Benin - 2:1, İran - Belarus - 2:2, Albaniya - Makedoniya - 0:1, Macarıstan - Latviya - 2:0, Rumıniya - Moldova - 2:0, İsrail - Ukrayna - 1:1, Botsvana - Namibiya - 1:0, Cənubi Kipr - Bolqarıstan - 0:3, Gürcüstan - Türkiyə - 1:0,
Malta - Avstriya - 1:1, Əlcəzair - Liviya - 2:0, Misir - İsveç - 2:0, Lüksemburq - Qambiya - 2:1, Toqo - Kamerun - 2:2, Almaniya - İsveçrə - 3:1, Xorvatiya - Norveç - 2:1, Sloveniya - Estoniya - 1:0, Hollandiya - Rusiya - 4:1, Mərakeş - Tunis - 1:1, İngiltərə - İspaniya - 0:1, Fransa - Argentina - 0:1, Venesuela - Çili - 0:1, Kolumbiya Uruqvay - 1:3, ABŞ - Meksika - 2:0. Fevralın 7-də isə Avropa çempionatının dördüncü seçmə qrupunda bir oyun keçirilib və San-Marino öz meydanında İrlandiyaya 1:2 hesabı ilə uduzub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR