Bank Of Baku

Özbəkistan yığmasının baş məşqçisi Rauf İnileyev: “Azərbaycan millisi Avropasayağı futbol nümayiş etdirdi”

Özbəkistan yığmasının baş məşqçisi Rauf İnileyev: “Azərbaycan millisi Avropasayağı futbol nümayiş etdirdi”
# 08 fevral 2007 09:12 (UTC +04:00)
“Azərbaycan yığması ilə yoldaşlıq görüşünü Avropa və Asiyanın aparıcı ölkələrində olduğu kimi, regionda futbola marağı artırmaq məqsədi ilə keçirdik. Hesab edirəm ki, biz buna nail olduq. Karşi şəhərindəki stadion dolu idi. Bizə azarkeşləri sevindirmək lazım idi ki, buna da nail olduq”. Bu fikirləri Azərbaycanla yoldaşlıq görüşündən sonra Özbəkistan yığmasının baş məşqçisi Rauf İnileyev bildirib. “APA-Sport” agentliyinin məlumatına görə, R.İnileyev yığmamızın Avropasayağı futbol nümayiş etdirdiyini vurğulayıb: “Azərbaycan yığmasından belə oyun, yəni Avropa futbolu nümayiş etdirəcəyini gözlədiyimi etiraf edirəm”. Milli komandamızın baş məşqçisi Şahin Diniyevə gəlincə, o, öz növbəsində həmkarından geri qalmayaraq, özbəklərin oyunu haqda yüksək fikir söyləyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR