Bank Of Baku

Teymur Rəcəbov: “Məqsədim “Linares” superturnirini qazanmaqdır”

Teymur Rəcəbov: “Məqsədim “Linares” superturnirini qazanmaqdır”
# 08 fevral 2007 10:43 (UTC +04:00)
“Ötən ay Hollandiya keçirilən “Corus” superturnirinin yorğunluğunu hələ də üzərimdən ata bilməmişəm. Nə qədər çalışsam da, xeyiri olmadı. Amma bu, Meksikaya sadəcə, iştirak xatirinə yollanmağım anlamına gəlməməlidir. Turnirdə dünya şahmatının adlı-sanlı qrossmeysterlərinə qarşı mübarizə aparmalı olacağam”. Bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov “APA-Sport” agentliyinə verdiyi eksklüziv açıqlamasında bildirib. Bu gün Meksikaya yollanacaq milli komandamızın lideri fevralın 16-da Moreliya şəhərində start götürəcək ənənəvi “Linares” superturnirində qələbə uğrunda mübarizə aparacağını vurğulayıb: “Əlbəttə ki, məqsədim “Linares” turnirini qazanmaqdır. Çünki indiyədək çıxış etdiyim istənilən yarışda yalnız qələbəyə oynamışam”. 20 yaşlı qrossmeysterimizin yarışa tez yollanmasının səbəbi isə Meksikada yerli mühitə uyğunlaşmaqdır. Xatırladaq ki, həmyerlimiz ötən il Moreliyada lazımınca adaptasiya keçmədiyindən analoji yarışda uğursuz start götürmüşdü. XX kateqoriyalı turnirə gəlincə, T.Rəcəbovla yanaşı, qalib adı uğrunda Levon Aronyan (Ermənistan), Veselin Topalov (Bolqarıstan), Vişvanatan Anand (Hindistan), Pyotr Svidler, Aleksandr Morozeviç (hər ikisi Rusiya), Peter Leko (Macarıstan) və Maqnus Karlsen (Norveç) mübarizə aparacaqlar. Turnirin ikinci dövrəsi isə martın əvvəllərində İspaniyanın Linares şəhərində keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR