Bank Of Baku

Gürcüstan və Türkiyə milli komandaları arasındakı yoldaşlıq görüşündə qalmaqal yaranıb

Gürcüstan və Türkiyə milli komandaları arasındakı yoldaşlıq görüşündə qalmaqal yaranıb
# 08 fevral 2007 11:03 (UTC +04:00)
Gürcüstan və Türkiyə futbol yığmaları arasında Tiflisdə keçirilmiş yoldaşlıq görüşü öncəsi, eləcə də, oyun zamanı gərgin anlar yaşanıb. “APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşü başlamazdan öncə Türkiyənin himni çalınarkən yerli azarkeşlərin əksəriyyəti ayağa qalxmayıb və Türkiyənin himnini fitə basıblar. Oyunun gedişində isə iki komandanın futbolçuları arasında bir neçə dəfə toqquşma baş verib. 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin baş verən olaylara münasibəti sərt olub: “Bütün görüntüləri çəkdik. Hamısını FİFA və UEFA-da dəlil kimi göstərəcəyik. Oyunçularımı səbirli davrandıqlarına görə, təbrik edirəm. Ən xırda bir hərəkətləri Yunanıstanla matça təsirini göstərərdi. İstiqlal marşı zamanı dünyanın istənilən yerində ayağa qalxmırlarsa, bu, tərbiyəsizlik, sayğısızlıqdır. Burada nələr yaşanacağını bilmirdik, amma ayağa qalxmayıb, milli marşımızı fitə basanlar olub. Bu, üzücü və qəbuledilməzdir. Halbuki, bizim bu ölkə ilə heç bir problemimiz yoxdur”. Gürcüstan millisinin baş məşqçisi Klaus Topmöller isə baş verənlərə görə, həmkarından üzr istəyib.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının prezidenti ilə Türkiyə hökuməti arasındakı münaqişə baş nazir Rəcəb Tayyip Ərdoğanın Gürcüstan səfərinə də təsirsiz ötüşməyib. Belə ki, səfər proqramında Gürcüstan-Türkiyə matçını izləmək nəzərdə tutulsa da, baş nazir oyuna baxmadan ölkəsinə qayıdıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR