Bank Of Baku

Tuyqun Nadirov: “Yakuba Bambanı transfer etmək planımızda olmayıb”

Tuyqun Nadirov: “Yakuba Bambanı transfer etmək planımızda olmayıb”
# 08 fevral 2007 11:09 (UTC +04:00)
“Xəzər-Lənkəran” Yevlaxın “Karvan” klubunun 32 yaşlı afrikalı hücumçusu Yakuba Bambanı transfer etməyəcək. Bu haqda “APA-Sport” agentliyinə “Xəzər-Lənkəran” klubunun icraçı-direktoru Tuyqun Nadirov məlumat verib. T.Nadirovun sözlərinə görə, dövrələrarası fasilədə Y.Bambanın keçidi, ümumiyyətlə, müzakirə olunmayıb: “Ola bilsin, hazırkı mövsüm öncəsi Bamba transfer siyahımızda yer alıb. Ancaq sonradan bu məsələ gündəmdə olmayıb. Klub rəhbərliyi baş məşqçinin sərəncamında görmək istədiyi futbolçular haqda məlumat aldıqdan sonra bununla bağlı işə başlayır. Ancaq dövrlərarası fasilədə Bambanı transfer etmək planımızda olmayıb”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR