Bank Of Baku

Valentin Xodukin: “Mən sehrbaz deyiləm”

Valentin Xodukin: “Mən sehrbaz deyiləm”
# 08 fevral 2007 11:24 (UTC +04:00)
“Komandamın çempion olmağını çox istəyirəm. Ancaq mən sehrbaz deyiləm ki, çempionluğu gerçəkləşdirim. Heyətimizə, hazırlığa güvənib məqsədə çatmaq üçün mübarizə aparacağıq. Rəqiblərimizin bizə qarşı hazırlamasından da çox şey asılı olacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə “İnter” klubunun baş məşqçisi Valentin Xodukin bildirib. Dövrələrarası fasilədə komandasının yüksək səviyyəli hazırlıq keçdiyini qeyd edən ukraynalı mütəxəssisin sözlərinə görə, klub rəhbərliyinin göstərdiyi qayğı sayəsində, Antalyada güclü rəqiblərlə yoxlama oyunlarında qüvvələrini sınayıblar: “Köhnə əlaqələrim də işimizə yaradı. Bunu deməklə, güclü rəqiblərin bizimlə yoxlama oyunları keçirmələrinə razı olmalarını nəzərdə tuturam. Antalyadakı hazırlıq prosesində Viktor Onopko, İqor Şalimov, Dmitri Aleyniçev, Zaur Xapov kimi tanınan veteran futbolçular komandamızın oyununa baxıb yüksək fikir bildirdilər”. V.Xodukin yoxlama oyunlarında komandanın ikinci hissədə daha yaxşı oynayıb məğlub olmamalarını fiziki-funksional hazırlığın, dözümlülüyün artması ilə əlaqələndirib: “Bir ay fasiləsiz hazırlıq, futbolçuların ailələrini görməməsi metodiki cəhətdən düzgün deyil. Ancaq biz məcburiyyətdən, şəraiti nəzərə alaraq bunu elədik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR