Bank Of Baku

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Türkiyəyə təlim-məşq toplantısına yollanacaq

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Türkiyəyə təlim-məşq toplantısına yollanacaq
# 08 fevral 2007 11:26 (UTC +04:00)
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası (U-17) Avropa çempionatının seçmə qrup mərhələsinə Türkiyədən yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə baş məşqçi Yaşar Vahabzadə bildirib. Y.Vahabzadənin sözlərinə görə, İstanbul şəhərində bir həftəlik təlim-məşq toplantısı nəzərdə tutulsa da, səfərin konkret tarixi hələ müəyyənləşməyib: “Martın ortalarında reallaşacaq toplanış çərçivəsində iki yoxlama görüşü keçirəcəyik. Lakin hələlik hansı komandalarla qarşılaşacağımız məlum deyil. Toplanışın ardınca Avropa çempionatının seçmə oyunlarında iştirak etmək üçün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya yollanacağıq”.
Xatırladaq ki, U-17 qitə çempionatının seçmə mərhələsində 3-cü qrupdakı oyunlarını martın 23-də Serbiya, martın 25-də İngiltərə, martın 28-də isə Bosniya və Herseqovina yığmalarına qarşı keçirəcək. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR