Bank Of Baku

Madridin “Real” klubunun ötən mövsüm gəliri 202 milyon funt sterlinq olub

Madridin “Real” klubunun ötən mövsüm gəliri 202 milyon funt sterlinq olub
# 08 fevral 2007 12:37 (UTC +04:00)
Dünyanın ən zəngin 10 klubunun siyahısı açıqlanıb. Siyahıya ötən mövsüm gəliri 202 milyon funt sterlinq olan İspaniyanın Madrid şəhərini təmsil edən “Real” klubu başçılıq edir. “APA-Sport” agentliyinin məlumatına görə, digər ispan klubu, Çempionlar Liqası turnirinin sonuncu qalibi “Barselona” ikinci pillədə yer alıb. Kataloniya təmsilçisinin ötən il qazancı 179,1 milyon funt sterlinq olub. Üçüncü yeri mövsümün əvvəlində İtaliya B seriyasına göndərilmiş “Yuventus” tutur. İlk “onluq”da müvafiq olaraq, “Mançester Yunayted” (İngiltərə), “Milan” (İtaliya), “Çelsi” (İngiltərə), “İnter” (İtaliya), “Bavariya” (Almaniya), “Arsenal” və “Liverpul” (hər ikisi İngiltərə) klubları qərarlaşıb. Qeyd edək ki, siyahı klubların 2005/2006 mövsümündə bilet satışları, ticarət və teleyayım müqavilələri üzrə gəlirlərinə əsasən hazırlanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR