Bank Of Baku

Braziliyalı Lusiano Torres Azərbaycan boksçusu Əli İsmayılovun başını üzəcəyinə işarə vurub

Braziliyalı Lusiano Torres Azərbaycan boksçusu Əli İsmayılovun başını üzəcəyinə işarə vurub
# 08 fevral 2007 12:53 (UTC +04:00)
Fevralın 10-da Rusiyanın Sankt-Peterburq şəhərinin “Konti” kazinosunda peşəkar boks gecəsi keçiriləcək. Gecəsinin əsas döyüşü Azərbaycan boksçusu Əli İsmayılovun iştirakı ilə baş tutacaq. Milli komandamızın sabiq kapitanı WBO Latina versiyasının qızıl kəməri uğrunda braziliyalı Lusiano Torreslə qarşılaşacaq. “APA-Sport” agentliyinin Rusiya Peşəkar Boks Federasiyasının rəsmi internet saytına istinadən məlumatına görə, boksçular bu gün “Baltiysk” İnformasiya Agentliyində mətbuat konfransı keçiriblər. Öz gücünə əmin olduğunu bildirən Ə.İsmayılov sakitliyini qorusa da, braziliyalı boksçu iddialı açıqlamalar verib: “Mən 12 yaşımdan kapuero idmanı ilə məşğul oluram. Ona görə də “qızıl kəmər”i Braziliyaya aparmağı düşünürəm”. Daha sonra barmağını boğazına çəkən L.Torres Ə.İsmayılovun başını üzəcəyinə işarə vurub. Ə.İsmayılov isə braziliyalının cavabını rinqdə artıqlaması ilə verəcəyinə söz verib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR