Bank Of Baku

“MKT-Araz” dörd futbolçu ilə müqavilə bağlayıb

“MKT-Araz” dörd futbolçu ilə müqavilə bağlayıb
# 08 fevral 2007 13:08 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubu dövrələrarası fasilədə baxışa çağırdığı futbolçulardan dördü ilə müqavilə bağlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, imişlililər müdafiəçilər Elnur Abbasov ilə İlyas Qurbanov, hücumçular Əhməd Qurbanov və Vitali Ledinyovun keçidini artıq rəsmiləşdirib. Hər dörd futbolçu ilə müqavilələrin müddəti bir il nəzərdə tutulub. Qeyd edək ki, Qurbanovlardan fərqli olaraq, E.Abbasov və V.Ledinyovun əvvəlki klubları ilə müqavilə bağlılığı olduğundan onlara kompensasiya ödəmək lazım gəlib. “MKT-Araz” Antalya hazırlığına apardığı yeni futbolçulardan yalnız Seyidağa Babayevin xidmətində maraqlı olmadığından, onunla yollarını ayırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR