Bank Of Baku

Azərbaycan və Ermənistan futbol yığma komandaları arasındakı oyunların yeri sabah müəyyənləşə bilər

Azərbaycan və Ermənistan futbol yığma komandaları arasındakı oyunların yeri sabah müəyyənləşə bilər
# 08 fevral 2007 13:37 (UTC +04:00)
Sabah İsveçrənin Cenevrə şəhərində Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) yeni tərkibli İcraiyyə Komitəsinin (İK) ilk iclası keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, İK-nin yeni üzvlərinin vəzifələrinin müəyyənləşəcəyi toplantıda 2008-ci il Avropa çempionatının seçmə mərhələsində eyni qrupda yer alan Azərbaycan və Ermənistan milli komandaları arasındakı oyunların harada keçirilməsi də müzakirə edilə bilər. Qeyd edək ki, az öncə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Fuad Əsədov ermənilərlə oyunlarının yerinin fevralın ortalarında məlum olacağını açıqlamışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR