Bank Of Baku

Azərbaycan və Ermənistanın 21 yaşlılardan ibarət milli komandaları Avropa çempionatında eyni qrupa düşə bilər

Azərbaycan və Ermənistanın 21 yaşlılardan ibarət milli komandaları Avropa çempionatında eyni qrupa düşə bilər
# 08 fevral 2007 14:28 (UTC +04:00)
Azərbaycanın 21 yaşlılardan ibarət futbol yığma komandasının 2009-cu ildə İsveçdə təşkil olunacaq Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibləri fevralın 13-də müəyyənləşəcək. “APA-Sport” agentliyinin məlumatına görə, İsveçin paytaxtı Stokholm şəhərindəki “Slussen” otelində keçiriləcək püşkatmada millimiz Ermənistan yığması ilə eyni qrupa düşə bilər. Belə ki, artıq turnirə qatılacaq komandalar reytinqinə görə, səbətlərə bölünüb. Hazırda baş məşqçisiz qalan 21 yaşlılardan ibarət yığmamız 0,250 xalla beşinci, ermənilər isə dördüncü səbətə düşüb. Püşk nəticəsində komandalar 10 qrupa bölünəcəklər. Qrupların doqquzunda beş, birində isə altı komanda yer alacaq. Qrup qalibləri və ən yaxşı nəticə göstərən 4 qrup ikincisi pley-off mərhələsinə vəsiqə qazanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR