Bank Of Baku

Şahin Diniyev: “Milli komandada nə irəliyə, nə də geriyə addım gördüm”

Şahin Diniyev: “Milli komandada nə irəliyə, nə də geriyə addım gördüm”
# 08 fevral 2007 14:54 (UTC +04:00)
“Özbəkistan yığması ilə yoldaşlıq görüşündə meydan sahiblərilə müqayisədə, bizim yaratdığımız qol vəziyyətləri daha real idi”. Bu sözləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında bu gün Özbəkistandan vətənə qayıdan Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev bildirib. Baş məşqçinin sözlərinə görə, oyunun birinci hissəsində üstünlük yığmamızın tərəfində olub: “İkinci hissədə 7 yeni futbolçu meydana buraxdım və bu əvəzetmələr öz təsirini göstərdi. Nəticədə, oyunumuzun sürəti aşağı düşdü. Hər halda, yeni ildə ilk oyunumuzun olduğunu və milli çempionatda fasilə ilə əlaqədar futbolçuların oyun praktikasından korluq çəkməsini nəzərə almaq lazımdır. Bir sözlə, milli komandada nə irəliyə, nə də geriyə addım gördüm”. Ş.Diniyev yeni futbolçulardan daha çox uzun müddətə diskvalifikasiya edilmiş Sergey Sokolovun mövqeyində çıxış edən Samir Abbasovdan razı qaldığını vurğulayıb: “Samir ilk 10 dəqiqəni çıxmaq şərti ilə, yaxşı təsir bağışladı. Abbasovda oyunun əvvəlində start həyəcanı hiss olunurdu. Hücumda Kənan Kərimov Leandro Qomeşlə istənilən səviyyədə bir-birilərini başa düşmürdülər. İlk dəfə əsas komandaya çağırılan 19 yaşlı Nodar Məmmədovu sonuncu müdafiəçi kimi oynatmaq riskli idi. Buna görə də son dəqiqələrdə meydana buraxdığım bu müdafiəçi ortada, Aleksandr Çertoqanovun mövqeyində çıxış etdi”. Baş məşqçi martda Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdən sonra Polşa və Finlandiya yığmaları ilə rəsmi oyunlar üçün heyətin formalaşacağını bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR