Bank Of Baku

“Xəzər-Lənkəran” “Neftçi” ilə oyuna Bakıda hazırlaşacaq

“Xəzər-Lənkəran” “Neftçi” ilə oyuna Bakıda hazırlaşacaq
# 08 fevral 2007 15:58 (UTC +04:00)
Lənkəranın “Xəzər-Lənkəran” klubu hazırlıq üçün ikinci dəfə yollandığı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb. “APA-Sport” agentliyinin məlumatına görə, sabahdan “Kaiser” otelində məskunlaşacaq lənkəranlılar milli çempionatın XIV turu çərçivəsində fevralın 16-da “Neftçi” ilə oyuna hazırlığını Bakıda keçirəcək. Məşqlərini “Ədliyyə” stadionunda keçirməyi planlaşdıran “Xəzər-Lənkəran” “Neftçi” ilə oyunadək bir yoxlama oyununda qüvvəsini sınamaq fikrindədir. Qeyd edək ki, “Gəncə” milli çempionatda çıxışını dayandırdığından, “Xəzər-Lənkəran” ikinci dövrənin ilk turunda istirahət edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR