Bank Of Baku

“MKT-Araz” ikinci dövrəyə itkilərlə çıxacaq

“MKT-Araz” ikinci dövrəyə itkilərlə çıxacaq
# 09 fevral 2007 08:49 (UTC +04:00)
“MKT-Araz” XV Azərbaycan çempionatının ikinci dövrəsinin ilk turu çərçivəsində Qusarın “Şahdağ” klubu ilə öz meydanında keçirəcəyi qarşılaşmaya itkilərlə çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, İmişli təmsilçisi Anatoli Doroş, Camal Məmmədov və Aleksandr Nurəliyevin xidmətindən məhrum olub. Antalyadakı təlim-məşq toplanışından zədəli qayıdan C.Məmmədovla ayağı gipsdə olan A.Nurəliyevin ikinci dövrənin ilk turunda meydana çıxmayacağı dəqiqləşib. Komandanın ən sərrast hücumçusu A.Doroş isə cari mövsümdə dördüncü sarı vərəqəsini aldığından cəzalı duruma düşüb. “Şahdağ”la görüşdə “MKT-Araz” klubunun ukraynalı baş məşqçisi İqor Nakoneçnı hücum xəttində A.Doroşu yeni transferlərdən olan belaruslu Vitali Ledinyovla əvəzləyəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR