Bank Of Baku

Milli çempionatın ikinci dövrəsinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

Milli çempionatın ikinci dövrəsinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
# 09 fevral 2007 11:00 (UTC +04:00)
Futbol üzrə Azərbaycan çempionatının ikinci dövrəsində yüksək liqa və birinci dəstədə oyunları idarə edəcək hakimlərin adları müəyyənləşib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin sədri Əli Hüseynovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yüksək liqa görüşlərini baş hakim qismində Vüsal Əliyev, Babək Quliyev, Fariz Yusifov, İmanxan Sultani, Rövşən Əhmədov, Azad Mütəllimov, Eldar Nağıbəyov, Emil İsgəndərov, Anar Niyazov və Ceyhun Haşımov idarə edəcəklər. Baş hakimliyə namizədlər isə Venera Muradova, Əfqan Həmzəyev, Elçin Səmədov, Feyzulla Feyzullayev, Ramiz Əhmədov, Samir Hüseynov, Elvin Əsgərov, Elnur Muradov olacaq. Baş hakim köməkçiləri funksiyasını Azad Q. Hüseynov, İlham Əliyev, Aydın Ələkbərov, Mehman Mahmudov, Elman Musayev, Ramiz Əsədov, Azər Məmmədov, Azər Əsgərov, Vaqif Ayvazov, Roman Vasilyev, Habil Əliyev, Elşən Durmuşov, Vasif Məmmədov, Sultan Məmmədov, Akif Adıgözəlov, İqor Şpakovski, Əmrah İbrahimov, Azad Ə. Hüseynov, Arif Ağayev, Ruhulla Kərimov yerinə yetirəcək. Baş hakim köməkçiliyinə namizədliyə isə Munis Abdullayev, Vaqif Musayev, Rasim Məmmədov, Rauf Məmmədov, Samir Hacıyev, Həsən Babayev, Ruslan Babayev, Rauf Cabbarov, Dəmir Rzaxanov, Zaur Əliyev iddia edəcəklər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR