Bank Of Baku

“İnter” klubunun prezidenti Georgi Nikolov: “Çox istərdim ki, büdcəmiz 10 milyon dollar olsun”

“İnter” klubunun prezidenti Georgi Nikolov: “Çox istərdim ki, büdcəmiz 10 milyon dollar olsun”
# 09 fevral 2007 12:07 (UTC +04:00)
“Azərbaycan milli komandasının “Şəfa” stadionunda hazırlıq keçməsində problem yaradılmayacaq”. Bu fikirləri “Şəfa” İdman Sağlamlıq Mərkəzini 15 il müddətinə icarəyə götürmüş “İnter” Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolov söyləyib. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün keçirdikləri mətbuat konfransında G.Nikolov bildirib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə bağlanan müqavilədə müxtəlif yığma komandaların, eləcə də, zərif cinsin nümayəndələrindən ibarət millinin də “Şəfa”da hazırlaşmasına imkan yaradılmasına dair bənd var: “Bu idman qurğusu Azərbaycanda futbolun inkişafı üçün tikilib. Bizim kimi, digər klubların da uşaq qrupları hazırda burada məşq prosesi keçir. Bizim “Şəfa”nı icarəyə götürməkdə məqsədimiz burdakı infrastrukturu daha da yaxşılaşdırmaqdır”. G.Nikolov klubun büdcəsinin 10 milyon dollar olması barədə yayılan məlumatları təkzib edib: “Çox istərdim ki, büdcəmiz 10 milyon dollar olsun. Amma bu rəqəm hazırda reallığı əks etdirmir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR