Bank Of Baku

Valentin Xodukin: “Fərhad Vəliyev rəqabətin olmamasından istifadə edib meydana arxayın çıxır”

Valentin Xodukin: “Fərhad Vəliyev rəqabətin olmamasından istifadə edib meydana arxayın çıxır”
# 09 fevral 2007 13:32 (UTC +04:00)
“İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukin komandasının qapıçısı Fərhad Vəliyevin hazırkı durumundan razı qalmadığını bildirib. “APA-Sport” agentliyinə verdiyi açıqlamasında V.Xodukin qeyd edib ki, Antalya şəhərindəki toplanışda milli komandanın da əsas qapıçısı sayılan Fərhad Vəliyevin çıxışı onu razı salmayıb: “Fərhad arxayınçılıqdan əziyyət çəkir. Çox istərdim ki, sərəncamımda Vəliyevə rəqabət yarada bilən qapıçı olsun. Çünki Fərhad rəqabətin olmamasından istifadə edib meydana arxayın çıxır”. Baş məşqçi heyətdəki digər qapıçıların, Vladimir Kramarenko və Elşən Poladovun da çatışmazlıqlarının olduğunu söyləyib: “Qış fasiləsində transfer etdiyimiz Kramarenkoya Antalyada iki yoxlama oyununda şans verdim. Oyun baxımından ona heç bir iradım yoxdur. Ucaboylu Kramarenkonun əleyhinə olan yeganə cəhəti təcrübəsizliyidir. Bu gənc qapıçını çempionatda əsas rəqiblərimizlə görüşlərdə meydana buraxmaq risklidir. Fərhadın əsas əvəzləyicisi sayılan Elşən Poladov isə pis qapıçı deyil. O, qapıda inamlı təsir bağışlasa da, qüsuru boyunun balaca olmasındadır. Qapıçı üçünsə boy əsas faktorlardandır. Rəqiblərimiz Elşənin bu çatışmazlığından istifadə edərək qapımıza qol vururlar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR