Bank Of Baku

Rəşad Sadıqovun ikinci dövrədən “Neftçi” klubunun heyətində oynayacağı rəsmiləşib

Rəşad Sadıqovun ikinci dövrədən “Neftçi” klubunun heyətində oynayacağı rəsmiləşib
# 09 fevral 2007 13:43 (UTC +04:00)
Futbol üzrə XV Azərbaycan çempionatının birinci dövrəsini dördüncü pillədə başa vuran “Neftçi” klubu qış transfer çalışmalarını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, dördqat ölkə çempionu dövrələrarası fasilədə heyətə cəlb etdikləri futbolçuların siyahısını Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına təqdim ediblər. Bu futbolçular birinci dövrədə “Karvan” komandasında çıxış etmiş 33 yaşlı qapıçı Hüseyn Məhəmmədov, Türkiyənin “Kayserispor” klubundan ayrıldıqdan sonra bir neçə ay futbolsuz qalan 25 yaşlı müdafiəçi Rəşad Sadıqov və ilk dövrəni “İnter”də keçirmiş 28 yaşlı hücumçu Samir Əliyevdir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR