Bank Of Baku

“Turan” qapıçı problemini həll edib

“Turan” qapıçı problemini həll edib
# 09 fevral 2007 13:58 (UTC +04:00)
Tovuzun “Turan” klubu qapıçı problemini həll edib. Klubun icraçı-direktoru Yaşar Sultanovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, “Neftçi” komandasının gənc qapıçısı Anar Nəzirov heyətə cəlb edilib. Qeyd edək ki, qış fasiləsində Amil Ağacanov və Eldəniz Hüseynovun gedişindən sonra “Turan”ın heyətində yalnız bir qapıçı Zaur Abbasov qalmışdı. A.Nəzirov isə Hüseyn Məhəmmədovun “Neftçi” klubuna transfer olunmasından sonra üçüncü qapıçı statusuna almışdı. “Neftçi” milli komandamıza namizəd sayılan A,Nəzirovu “Turan”a oyun praktikası qazanmaq məqsədi ilə verib. Y.Sultanovun sözlərinə görə, A.Nəzirov “Turan”da XV Azərbaycan çempionatının sonunadək icarə əsasında çıxış edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR