Bank Of Baku

Azərbaycanın futzal yığma komandasının heyəti açıqlanıb

Azərbaycanın futzal yığma komandasının heyəti açıqlanıb
# 09 fevral 2007 14:27 (UTC +04:00)
Avropa çempionatının əsas seçmə qrup oyunlarında iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasına namizədlərin adları açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, sabah start götürəcək yığmamızın son təlim-məşq toplanışına 15 futbolçu - Marat Salyanski, Rizvan Fərzəliyev, Ağatahir Əzimov, Rəşadət Allahyarov, Vitali Borisov, Namiq Məmmədkərimov, Natiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Sindey Aneres Sici (hamısı “Araz”), Ramin Həsənzadə, İlham Əzizzadə, Seymur Məmmədov, Müslüm Hüseynov (hamısı “Miri-Qrand”), Sərxan Mikayılov (“Norilski Nikel”, Rusiya) və Murat Xaybullayev (“Kaspi”, Rusiya) cəlb edilib. Fevralın 18-dək Bakıda təlim-məşq toplanışında olduqdan sonra namizədlər arasından 14 futzalçı seçiləcək. Komanda fevralın 20-də İstanbul şəhərinə yollanaraq Türkiyə yığması ilə yoldaşlıq görüşü keçirəcək. Futzalçılarımız fevralın 22-dən 25-dək Hollandiyanın Maastrix şəhərində keçiriləcək qrup oyunlarına Türkiyədən yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR