Bank Of Baku

İliye Karp: “Hirslənib istefa versəm də, sonra fikrimdən daşındım”

İliye Karp: “Hirslənib istefa versəm də, sonra fikrimdən daşındım”
# 09 fevral 2007 15:01 (UTC +04:00)
Sumqayıtın “Gənclərbirliyi” klubunun istefa verən moldovalı baş məşqçisi İliye Karp yenidən Azərbaycana qayıdır. Hazırda vətənində olan İliye Karp “APA-Sport” agentliyinə verdiyi açıqlamasında bildirib ki, sabah Sumqayıtda komandasının məşq prosesində iştirak edəcək. Moldovalı məşqçinin sözlərinə görə, klub rəhbərliyi sonradan onu fikrindən daşındıra bilib: “Ola bilsin ki, hirslənib istefa verdim. Hər halda, gedəcəyimlə bağlı klub rəhbərliyi əvvəlcədən xəbərdarlıq etmişdim. Əsas tələbim futbolçunun məvaciblərinin ödənilməsi ilə bağlı idi. Bildiyimə görə, artıq bu problem həllini tapıb. Klubun vitse-prezidenti Vaqif Sadıqov mənimlə əlaqə saxladı və onunla söhbətdən sonra komandaya qayıtmağı qərara aldım. “Gənclərbirliyi” ilə hazırkı mövsümün sonunadək müqaviləm var və bu müddətdə klubda fəaliyyətimi davam etdirmək fikrindəyəm”. İ.Karp həmçinin bildirib ki, bir neçə gün komandanın məşq prosesindən kənarda qalması ciddi problem yaratmayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR