Bank Of Baku

“Karvan” - “Qarabağ” görüşünü Vüsal Əliyev idarə edəcək

“Karvan” - “Qarabağ” görüşünü Vüsal Əliyev idarə edəcək
# 09 fevral 2007 16:02 (UTC +04:00)
AFFA-nın Hakimlər Komitəsi XV ölkə çempionatının ikinci dövrəsinin ilk turuna təyinat alan hakimlərin adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, fevralın 11-də keçiriləcək “MKT-Araz” - “Şahdağ” oyununu Babək Quliyev, “Gənclərbirliyi” - “Neftçi” görüşünü Rövşən Əhmədov, “Turan” - “Simurq” qarşılaşmasını Fariz Yusifov, “Olimpik” - “Bakı” matçını Anar Niyazov idarə edəcək. Fevralın 12-də keçirilməsi nəzərdə tutulan “Karvan” - “Qarabağ” oyunu idarə etmək Vüsal Əliyevə tapşırılıb. İmanxan Sultani isə həmin gün “İnter” - “Gilan” görüşünə təyinat alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR