Bank Of Baku

Futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsi start götürüb

Futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsi start götürüb
# 12 fevral 2007 08:05 (UTC +04:00)
İki aylıq fasilədən sonra futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsinə start verilib. XIV tur çərçivəsində ilk oyun günü keçirilən dörd qarşılaşmanın ikisi meydan sahiblərinin, biri qonaqların qələbəsi ilə nəticələnib, digər bir oyun isə heç-heçə nəticələnib. Sumqayıtda “Gənclərbirliyi” klubunun qonağı olan “Neftçi” oyunun sonuna beş dəqiqə qalmış müdafiəçisi Ruslan Abbasovun vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. İmişlinin “MKT-Araz” klubu eyni hesabla öz meydanında Qusarın “Şahdağ” komandasını üstələyib. Qələbə topunun müəllifi birinci hissədə fərqlənən Murad Ağakişiyev olub. “Turan” Tovuzda Zaqatalanın “Simurq” klubunu 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərindən Cavid Hüseynov, Hafiz Əliyev və nigeriyalı hücumçu Viktor İbokoyi, qonaqlardan Ramin Nəsibov fərqlənib. Paytaxtın “Olimpik” və “Bakı” klubları arasında “Şəfa” stadionunda keçirilən oyun isə qolsuz bərabərliklə başa çatıb. Tura bu gün keçirilən “Karvan” “Qarabağ” və “İnter” “Gilan” görüşləri ilə yekun vurulacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR