Bank Of Baku

“İnter” və “Olimpik” klubları arasında qalmaqal yaranıb

“İnter” və “Olimpik” klubları arasında qalmaqal yaranıb
# 12 fevral 2007 09:10 (UTC +04:00)
Futbol üzrə XV Azərbaycan çempionatının ikinci dövrəsi qalmaqalla başlayıb. Mövsümün əvvəlində ev oyunlarını bu arenada keçirən “Olimpik” XIV tur çərçivəsində qəbul etdiyi “Bakı” ilə yanaşı, oyundan bir gün əvvəl “Şəfa” stadionuna məşqə buraxılmayıblar. Bununla bağlı “Olimpik” klubunun vitse-prezidenti Vaqif Qasımov “APA-Sport” agentliyinə verdiyi açıqlamasında stadionu uzun müddətə icarəyə götürən “İnter” klubunun rəhbərliyini ittiham edib: “Bir müddət əvvəl “İnter” klubunun prezidenti Georgi Nikolov bizə stadionda ev oyunlarımızı keçirməkdə problem yaratmayacaqlarını bildirmişdi. Qaydalara əsasən, oyundan bir gün öncə komandaların məşqinə şərait yaradılmalıdır. Lakin bizə bu imkanı yaratmadılar. “İnter” özünü stadionun rəhbəri kimi aparır”. Stadionunun direktoru Elman Hüseynov isə “APA-Sport” agentliyinə bildirib ki, “Olimpik” və “Bakı” stadion rəhbərlərini məlumatlandırmadan “İnter” klubu ilə eyni vaxtda məşq keçmək istəyiblər: “Əgər “Olimpik” bu arenada məşq keçmək istəyirsə, öncədən razılıq almalıdır”. E.Hüseynov bundan sonra problemin yaranmaması üçün iki klub rəhbərliyi arasında anlaşmanın əldə edilməsini vacib sayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR