Bank Of Baku

“Xəzər-Lənkəran” fransalı Edmon N”™Tiamoa ilə müqavilə bağlayıb

“Xəzər-Lənkəran” fransalı Edmon N”™Tiamoa ilə müqavilə bağlayıb
# 12 fevral 2007 09:52 (UTC +04:00)
Lənkəranın “Xəzər-Lənkəran” klubu dövrələrarası fasilədə sonuncu transferini reallaşdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, lənkəranlılar fransalı Edmon N”™Tiamoa ilə iki illik müqavilə bağlayıb. 26 yaşlı bu hücumçu karyerası boyu əsasən İsveçrə klublarında çıxış etməklə yanaşı, qısa müddətdə Türkiyənin “Diyarbəkirspor” komandasının da şərəfini qoruyub. “Xəzər-Lənkəran”a İsveçrənin “Lütsern” klubundan gələn E.N”™Tiamoa 32 oyunda vurduğu 18 qolla bu komandanı birinci dəstədən yüksək liqaya çıxarıb. Qeyd edək ki, Azərbaycanda çıxış edən ilk fransalı futbolçu kimi tarixə düşəcək qaradərili futbolçu artıq “Xəzər-Lənkəran”ın heyətində meydana çıxıb. Lənkəranlılar dünən birinci dəstə klubu “Ədliyyə” ilə keçirdiyi yoxlama oyununda yeni legionerini sınayıb. “Xəzər-Lənkəran”ın 5:0 hesabı ilə qalib gəldiyi oyunda qollarının müəllifləri Zaur Ramazanov, Vüqar Nadirov, Ceyhun Sultanov, Darius Jutautas və Robert İlyeş olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR