Bank Of Baku

Dmitri Kramarenko Rusiyanın Peşəkar Futbol Liqasına şikayət edib

Dmitri Kramarenko Rusiyanın Peşəkar Futbol Liqasına şikayət edib
# 12 fevral 2007 10:20 (UTC +04:00)
XV Azərbaycan çempionatının dövrlərarası fasiləsində Lənkəranın “Xəzər-Lənkəran” klubuna keçən 33 yaşlı Dmitri Kramarenkonun Qroznı şəhərini təmsil edən “Terek” klubu arasında yaranan problem tam həllini tapmayıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən D.Kramarenkonun sözlərinə görə, “Terek” hələ də ona borcludur: “Bir müddət əvvəl müqavilə ilə mənə çatacaq pulu ödəmək istəmədiyindən “Terek” klubundan Rusiyanın Peşəkar Futbol Liqasına rəsmi müraciət etmişəm. Bu qurum şikayətimə baxaraq, “Terek” klubuna konkret vaxt verib. Qroznılılar fevralın 15-dək mənimlə maddi planda hesablaşmalıdırlar”. Qeyd edək ki, az öncə milli komandamızın sabiq qapıçısının transfer vərəqəsini göndərmək istəməyən “Terek” sonda geri çəkilib. Qroznılılar D.Kramarenkonun transfer vərəqəsini XV Azərbaycan çempionatının ikinci dövrəsi üçün “transfer pəncərəsi”nin bağlanması ərəfəsində göndərib. Bununla da, “Xəzər-Lənkəran” 18 ay müddətinə rəsmi müqavilə bağladığı qapıçının adını AFFA-ya təqdim etdiyi iştirak ərizəsinə salmaqda problemlə üzləşməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR