Bank Of Baku

“İnter” Litva yığmasının yarımmüdafiəçisi ilə müqavilə bağlayıb

“İnter” Litva yığmasının yarımmüdafiəçisi ilə müqavilə bağlayıb
# 12 fevral 2007 12:53 (UTC +04:00)
Bakının “İnter” klubu daha bir litvalı legioneri transfer edib. Valdas Trakis və Andrius Qedqaudasın ardınca, Tomas Rajanauskas da “heyətə cəlb olunub. Bu haqda “APA-Sport” agentliyinə “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukin məlumat verib. Onun sözlərinə görə, artıq Bakıda olan T.Rajanauskasla rəsmi müqavilə bağlanılıb və onun adı iştirak ərizəsinə daxil edilib: “Toması hələ çoxdan transfer etmək istəsəm də, legionerlərə qoyulan limitə görə tərəddüd edirdim. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Sergey Çernyak zədələndiyindən Rajanauskası transfer etməyi qətiləşdirdim”. V.Xodukin bildirib ki, yeni legionerin çempionatın ikinci dövrəsinə hazırlıqdan kənar qalması problem yaratmayacaq. Qeyd edək ki, Litva yığmasında 39 oyun keçirən bu yarımmüdafiəçi son vaxtlar vətənində çıxış edərək “Vilnüs” klubunun şərəfini qoruyub. T.Rajanauskas karyerasının çox hissəsini ölkədən kənarda Norveç, İsveçrə, Cənubi Kipr, Polşa və Rusiyada keçirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR