Bank Of Baku

“Karvan” ikinci dövrəyə qələbə ilə başlayıb

“Karvan” ikinci dövrəyə qələbə ilə başlayıb
# 12 fevral 2007 15:03 (UTC +04:00)
Yevlaxın “Karvan” klubu XV Azərbaycan çempionatının ikinci dövrəsinə qələbə ilə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Karvan” bu gün Ağdamın “Qarabağ” klubu ilə öz meydanında keçirdiyi oyunda 2:0 hesabı ilə qalib gəlib. Yevlaxlıların hər iki qolunun müəllifi afrikalı hücumçusu Yakuba Bamba olub. “Karvan” komandasının baş məşqçisi Yunis Hüseynov bu qələbədə Y.Bambanın rolunu xüsusi qeyd etməyib. O, ikinci dövrəyə uğurlu startda bütün futbolçuların əməyinin olduğunu söyləyib: “Komandamıza gələn yeni futbolçulardan da kimisə fərqləndirə bilmərəm. Bu gün bütün futbolçular yaxşı oynadı ki, onların hamısına minnətdaram. İkinci dövrənin ilk oyununun ağır olacağını bilirdik. Bu çətin sınaqdan üzüağ çıxdığımıza görə komandamdan razıyam”. “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara isə oyunda təcrübənin həlledici rol oynadığını vurğulayıb. Türkiyəli çalışdırıcı məğlubiyyətə əsas səbəb kimi, komandasında 8 futbolçunun 19 yaşının tamam olmaması ilə əlaqələndirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR