Bank Of Baku

“Bakı” argentinalı hücumçusu Fernando Pereslə problemini həll edib

“Bakı” argentinalı hücumçusu Fernando Pereslə problemini həll edib
# 13 fevral 2007 10:26 (UTC +04:00)
“Bakı” klubunun altı ay müddətinə müqavilə bağladığı Fernando Pereslə bağlı yaranan problemi həll olunub. “APA-Sport” agentliyinin məlumatına görə, 27 yaşlı argentinalı hücumçunun transfer vərəqəsi çıxış etdiyi Macarıstanın “Dunay” klubundan “Bakı”ya göndərilib. Qeyd edək ki, son Azərbaycan çempionu XV ölkə birinciliyinin ikinci dövrəsi üçün argentinalının adını iştirak ərizəsinə daxil etmişdi. Ancaq F.Peresin transfer vərəqəsi ikinci dövrənin ilk turunda “Olimpik” klubu ilə oyunadək gəlmədiyindən, futbolçu “Şəfa” stadionunda keçirilən bu görüşdə meydana çıxa bilməmişdi. Altı aydan sonra yenidən “Bakı”nın heyətinə qayıdan argentinalı hücumçunun adı fevralın 17-də “Turan” komandası ilə keçiriləcək görüşün iştirak ərizəsinə salınacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR