Bank Of Baku

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Krımsk şəhərinə yollanacaq

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Krımsk şəhərinə yollanacaq
# 13 fevral 2007 11:12 (UTC +04:00)
Avropa çempionatının ikinci seçmə qrup mərhələsinə hazırlaşan Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası (U-17) Krımsk şəhərinə təlim-məşq toplanışına yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. B.Əsgərovun sözlərinə görə, Yaşar Vahabzadənin başçılıq etdiyi U-17 fevralın 20-dən martın əvvəllərinədək keçirəcəyi toplanış çərçivəsində üç yoxlama görüşündə qüvvəsini sınayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR