Bank Of Baku

“Turan” 15 illik yubileyini “Bakı” ilə oyundan sonra qeyd edəcək

“Turan” 15 illik yubileyini “Bakı” ilə oyundan sonra qeyd edəcək
# 13 fevral 2007 12:06 (UTC +04:00)
Tovuzun “Turan” klubu yubileyini keçirməyə hazırlaşır. Bu gün yaranmasının 15 ili tamam olan “Turan” ad gününü fevralın 17-də “Bakı” ilə paytaxtda keçirəcəyi oyundan sonra qeyd edəcək. Klub prezidenti Rəşid Məhərrəmovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, bu gün keçirilməli olan tədbir obyektiv səbəblərdən təxirə salınıb: “Ad gününü ikinci dövrənin ilk turunda “Simurq” üzərində qələbədən sonra keçirmək olardı. Ancaq klub rəhbərliyinin əksəriyyəti Tovuzda olmadığından yubileyi qeyd etmək baş tutmadı. Ən əsası, sponsorumuz olan “Taimeks” şirkətinin prezidenti Tahir Yusifov hazırda Azərbaycanda deyil. Çox güman ki, “Bakı” ilə oyundan sonra tədbirimizi keçirəcəyik. Hazırda təşkilati işlər ilə məşğuluq. Yubileyə rayon rəhbərliyi ilə yanaşı, digər qonaqlar da dəvət etməyi planlaşdırmışıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR