Bank Of Baku

“Xəzər-Lənkəran” kolumbiyalı hücumçusu Xorxe Diasdan FİFA-ya şikayət edib

“Xəzər-Lənkəran” kolumbiyalı hücumçusu Xorxe Diasdan FİFA-ya şikayət edib
# 13 fevral 2007 12:11 (UTC +04:00)
Lənkəranın “Xəzər-Lənkəran” klubu 30 yaşlı kolumbiyalı hücumçusu Xorxe Diasdan Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) şikayət edib. “APA-Sport” agentliyinin məlumatına görə, hazırda vətənində olan kolumbiyalı futbolçu ikinci dövrənin başlanmasına baxmayaraq, komandasının düşərgəsinə qatılmayıb. X.Dias vətəninə övladının dünyaya gəlməsi ilə əlaqədar yollandığını bildirsə də, “Xəzər-Lənkəran” rəhbərliyi hücumçusunun Kolumbiya klublarının birində hazırlıq keçməsi, hətta ilkin müqavilə bağlaması haqda məlumat əldə edib. Qeyd edək ki, X.Diasın “Xəzər-Lənkəran” klubu ilə müqaviləsi il yarımdan sonra başa çatacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR