Bank Of Baku

“Olimpik” “Şəfa” stadionundan çıxarılır

“Olimpik” “Şəfa” stadionundan çıxarılır
# 13 fevral 2007 12:28 (UTC +04:00)
“Olimpik” XV Azərbaycan çempionatının növbəti turunda fevralın 17-də “Karvan” klubunu “Şəfa” stadionunda qəbul edəcək. Ötən turdan fərli olaraq, “Olimpik” bu dəfə oyundan bir gün əvvəl həmin arenada məşq edə biləcək. Bu haqda “APA-Sport” agentliyinə, klubun icraçı-direktoru Vaqif Qasımov məlumat verib. V.Qasımovun sözlərinə görə, “Olimpik” və “Şəfa” stadionunu uzun müddətə icarəyə götürmüş “İnter” prezidentlərinin bu gün keçirilən görüşündə razılıq əldə edilib. Buna baxmayaraq, komandanın növbəti turlara hazırlıq məqsədilə harada hazırlaşacağı müəyyənləşməyib. İcraçı-direktorun sözlərinə görə, hazırda baş məşqçi Əsgər Abdullayev Bakıda bəzi stadionlara baş çəkib şəraiti ilə tanış olur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR