Bank Of Baku

“Neftçi” veteranları Valeri Lobanovskinin xatirə turnirinə qatılacaqlar

“Neftçi” veteranları Valeri Lobanovskinin xatirə turnirinə qatılacaqlar
# 13 fevral 2007 13:25 (UTC +04:00)
“Neftçi” Veteranları Futbol Klubu mərhum ukraynalı məşqçi Valeri Lobanovskinin 5 illik xatirəsinə həsr ediləcək turnirdə iştirak edəcək. Bu haqda “APA-Sport” agentliyinə klubun prezidenti Oqtay Abdullayev məlumat verib. O.Abdullayevin sözlərinə görə, SSRİ yığmasının və Kiyevin “Dinamo” klubunun sabiq hücumçusu İqor Belanovun təşəbbüsü ilə mayın ortalarında Odessada startı veriləcək bu turnirdə vaxtilə SSRİ çempionatında çıxış etmiş komandaların veteranları iştirak edəcəklər. “Neftçi” veteranlarının turnirə qatılmasını isə hazırda Odessada yaşayan milli komandamızın sabiq baş məşqçisi Əhməd Ələsgərov məsləhət görüb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR