Bank Of Baku

Emin Ağayev karyerasını yenidən Rusiyada davam etdirəcək

Emin Ağayev karyerasını yenidən Rusiyada davam etdirəcək
# 13 fevral 2007 14:17 (UTC +04:00)
Bakının “Olimpik” klubunun transferə çıxardığı 34 yaşlı müdafiəçi Emin Ağayev karyerasını yenidən Rusiyada davam etdirəcək. Bu haqda “APA-Sport” agentliyinə Emin Ağayevin özü məlumat verib. Milli komandamızın sabiq futbolçusunun sözlərinə görə, Rusiya çempionatının ikinci dəstəsində çıxış edən “Zvezda-Serpuxov” klubu ilə danışıqları yekunlaşmaq üzrədir. Serpuxovo şəhərini təmsil edən bu komanda ilə bir illik müqavilə bağlamaq fikrində olan E.Ağayev yaxın zamanlarda keçidinin həll ediləcəyini söyləyib: “Klub prezidenti ilə görüşdən sonra hər şey müəyyənləşəcək. “Olimpik” klubunun transfer vərəqəmi göndərməsi haqda məlumatım yoxdur. Baş məşqçisi Əsgər Abdullayev ilə telefon danışığım olub. O, mənə görə, böyük olmayan məbləğdə kompensasiya istəyəcəklərini bildirdi. Fikrimcə, bu il birinci dəstəyə çıxmağı qarşısına məqsəd qoyan “Zvezda-Serpuxov” kompensasiyanı ödəmək iqtidarındadır”. E.Ağayev hazırda Pyatiqorsk şəhərində toplanışda olan yeni komandasının heyətində dörd yoxlama oyunu keçirərək, hamısında qələbə qazandıqlarını söyləyib. Həmyerlimiz, həmçinin, bildirib ki, məğlub etdikləri komandalardan biri İqor Ponomaryovun çalışdırdığı “Maşuk-KMV” klubu olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR