Bank Of Baku

Şakir Qəribov: “Azərbaycan çempionatında oynamaqdan yorulmuşuq”

Şakir Qəribov: “Azərbaycan çempionatında oynamaqdan yorulmuşuq”
# 13 fevral 2007 15:26 (UTC +04:00)
“Yığmamızın düşdüyü qrupda altı komanda yer alıb. Bu, o deməkdir ki, yalnız bizim qrupda ən çox - 10 oyun keçiriləcək. Bunu çox yaxşı hal sayıram. Çünki biz nə qədər çox oyun keçirsək, bir o qədər yaxşıdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında aşağı yaş qrupları üzrə milli komandalara cavabdeh olan Şakir Qəribov söyləyib. 21 yaşlılardan ibarət milli komandamızın bu gün keçirilən püşkatma mərasimində normal qrupa düşdüyünü vurğulayan Ş.Qəribovun fikrincə, olimpiya yığmamız üçün beynəlxalq oyunlarda daha çox oyun keçirmək vacibdir: “Bizim üçün beynəlxalq görüşlər keçirmək çox lazımdır. Azərbaycan çempionatında oynamaqdan yorulmuşuq. Ermənilərlə bir qrupda düşmək ehtimalımız olsa da, onların yer aldığı səbətdən Albaniya çıxdıqdan sonra bunun reallaşmayacağı bəlli oldu. Hər halda, ermənilərlə bir qrupda yer alsaydıq, bunun qorxusu yox idi. Çünki indiyədək yığma səviyyəsində işğalçılar üzərində qələbə qazanmışıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR