Bank Of Baku

İtaliya millisinin baş məşqçisi Pyerluici Kaziragi Azərbaycan yığmasını komandasına rəqib saymayıb

İtaliya millisinin baş məşqçisi Pyerluici Kaziragi Azərbaycan yığmasını komandasına rəqib saymayıb
# 13 fevral 2007 16:29 (UTC +04:00)
İtaliyanın 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Pyerluici Kaziragi bu gün İsveçin paytaxtı Stokholmda Avropa çempionatının qrup mərhələsinin püşkü ilə bağlı fikirlərini açıqlayıb. Azərbaycanla eyni qrupa düşən İtaliya yığmasının baş məşqçisi püşkün nəticələrinə münasibət bildirərkən, komandamız haqda fikir söyləməyib: “Altı komandalı qrupa düşməyimiz bizim üstünlüyümüzdür. Belə olan halda, digərlərindən fərqli, əlavə iki oyun keçirəcəyik. Turnirin gedişində hər hansı problemlə üzləşsək, əlavə iki oyunda bunu aradan qaldıra bilərik”. P.Kaziragi komandasının qrupda əsas rəqibi kimi Xorvatiya millisini göstərib: “Xorvatiya yığması mənə tanışdır. Onlarla artıq qarşılaşmışıq. Yunanıstan millisi də döyüşkən komandadır. Fikrimcə, əsas mübarizə İtaliya, Xorvatiya və Yunanıstan arasında olacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR