Bank Of Baku

“Karvan” rəqiblərini əsas meydançasında qəbul edəcək

“Karvan” rəqiblərini əsas meydançasında qəbul edəcək
# 14 fevral 2007 08:52 (UTC +04:00)
Yevlaxın “Karvan” klubunun iki illik fasilədən sonra əsas meydançasına qayıdışı növbəti ev oyununda olacaq. Bu haqda “APA-Sport” agentliyinə klubun mətbuat katibi Aslan Şahgəldiyev məlumat verib. A.Şahgəldiyevin sözlərinə görə, əsas meydança ilə bağlı tamamlama işləri XV Azərbaycan çempionatının XVI tur çərçivəsində fevralın 22-də keçiriləcək “Şahdağ” ilə görüşədək başa çatacaq: “Əsas meydançada ilk oyunumuzu ikinci dövrənin ilk turunda “Qarabağ”la görüşdə keçirməyi planlaşdırırdıq. Ancaq meydançanın yaşıl örtüyündə problemlər mövcuddur. Hazırda meydançaya gübrə vurulub. Artıq “Şahdağ” komandasını əsas meydançada qəbul edəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR