Bank Of Baku

“Bakı” klubunun müdafiəçisi Rafael Əmirbəyov həkim nəzarətindədir

“Bakı” klubunun müdafiəçisi Rafael Əmirbəyov həkim nəzarətindədir
# 14 fevral 2007 09:29 (UTC +04:00)
“Bakı” klubunun müdafiəçisi Rafael Əmirbəyov fevralın 17-də “Turan” komandası ilə oyunda forma geyinməyəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun baş meneceri Zeynal Məmmədovun sözlərinə görə, hazırda həkim nəzarətində olan futbolçunun məşq etməsinə icazə verilmir. Qeyd edək ki, müdafiəçinin “Turan” komandası ilə qış fasiləsində keçirilən yoxlama oyununda aldığı zədə XV Azərbaycan çempionatının ikinci dövrəsinin ilk turunda “Olimpik” komandası ilə görüşdə meydana çıxmasına imkan verməyib. Z.Məmmədovun sözlərinə görə, futbolçu növbəti iki turda da meydana çıxmaya bilər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR