Bank Of Baku

Müşfiq Hüseynov karyerasını başa vurmağa hazırlaşır

Müşfiq Hüseynov karyerasını başa vurmağa hazırlaşır
# 14 fevral 2007 10:41 (UTC +04:00)
Ağdamın “Qarabağ” klubunun transferə çıxardığı 37 yaşlı hücumçusu Müşfiq Hüseynov futbolçu karyerasını bitirməyə hazırlaşır. Uzun müddət “Qarabağ” komandasının kapitanı olan veteran futbolçu yeni planlar üzərində çalışır. Bu haqda “APA-Sport” agentliyinə Müşfiq Hüseynovun özü məlumat verib. “Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl isə yaxın zamanlarda 37 yaşlı hücumçu ilə bağlı son qərar çıxarılacağını bildirib: “Müşfiq başqa kluba keçmək istəməyib, “Qarabağ”da qalmağı üstün tutdu. Müşfiqə vida oyunu keçirmək, onun klubumuzda məşqçi kimi işləməsi variantları da mümkündür. Bütün bunlarla bağlı müzakirələr gedir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR