Bank Of Baku

Azərbaycan milli komandası FİFA-nın reytinq siyahısında üç pillə geriləyib

Azərbaycan milli komandası FİFA-nın reytinq siyahısında üç pillə geriləyib
# 14 fevral 2007 11:15 (UTC +04:00)
Azərbaycanın milli komandası Beynəlxalq Futbol Federasiyaları İttifaqının (FİFA) fevral ayı üçün tərtib etdiyi reytinq siyahısında üç pillə geriləyib. “APA-Sport” agentliyinin FİFA-nın rəsmi internet saytına istinadən xəbərinə görə, yığmamız hazırda 180 xalla 130-cu pillədə qərarlaşıb. Millimizin Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Portuqaliya 8-ci, Polşa 23-cü, Serbiya 29-cu, Finlandiya 48-ci, Belçika 52-ci, Ermənistan 119-cu, Qazaxıstan isə 145-ci pillədədir. Sıralamada ən önəmli dəyişiklik Braziliya yığmasının uzun fasilədən sonra ilk pillədəki yerini dünya çempionu İtaliyaya verməsidir. Braziliyalılar ikinci, Argentina isə üçüncü pillədə qərarlaşıb. Fevral reytinqində ən çox irəliləyiş əldə edən komanda Salvador (31 pillə), ən çox geriləyən Qvineya yığması (-40 pillə) olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR