Bank Of Baku

Moldova - Malta görüşünü idarə edəcək Vüsal Əliyevin köməkçiləri müəyyənləşib

Moldova - Malta görüşünü idarə edəcək Vüsal Əliyevin köməkçiləri müəyyənləşib
# 14 fevral 2007 11:21 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsində martın 24-də Kişinyovda Moldova və Malta milli komandaları arasında oyunu idarə edəcək beynəlxalq dərəcəli hakimimiz Vüsal Əliyevin köməkçilərinin adları müəyyənləşib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Quliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Aydın Ələkbərovla Azad Hüseynov meydana yan xətt hakimi qismində çıxacaqlar. Digər beynəlxalq dərəcəli hakimimiz Babək Quliyev isə Kişinyova ehtiyat hakim qismində yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR