Bank Of Baku

Böyükağa Ağayev: “Olimpiya yığmamızın baş məşqçisi postunda çalışaram”

Böyükağa Ağayev: “Olimpiya yığmamızın baş məşqçisi postunda çalışaram”
# 14 fevral 2007 12:07 (UTC +04:00)
“Mənə 21 yaşlılardan ibarət yığma komandada baş məşqçi işləmək təklifi olmayıb. Təklif olarsa, müəyyən məsələləri müzakirə edə bilərik. Anlaşa bilsək, olimpiya yığmamızın baş məşqçisi olaram”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Qarabağ” klubunun sabiq baş məşqçisi Böyükağa Ağayev bildirib. Hazırda işsiz qalan B.Ağayevin sözlərinə görə, “Qarabağ”dan istefa verdikdən sonra milli çempionatın güclülər dəstəsində paytaxtı təmsil edən klubların birindən baş məşqçilik təklifi alıb: “Orta səviyyəli klub idi. Adını açıqlamaq istəmirəm. Ancaq şərtlərimə cavab vermədiyinə görə, imtina etdim”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR