Bank Of Baku

AFFA “Gənclərbirliyi” klubunu 5000 manat cərimələyib

AFFA “Gənclərbirliyi” klubunu 5000 manat cərimələyib
# 14 fevral 2007 14:15 (UTC +04:00)
AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) bu gün keçirdiyi iclasında Sumqayıtın “Gənclərbirliyi” klubunun məşqçisi Məhərrəm Həsənovu cəzalandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, M.Həsənov ikinci dövrənin ilk turunda “Neftçi” ilə oyunda yan xətt hakimi Elman Musayevi təhqir etdiyi üçün 4000 manat cərimələnməklə yanaşı, dörd oyunda texniki zonadan kənarlaşdırılıb. NİK “Gənclərbirliyi” klubunu oyundan sonra azarkeşlər hakimlər briqadasına kənar əşyalar atdığına görə, 1000 manat cərimələyib. “Gilan” “İnter” klubu ilə oyun qabağı yığıncağa gecikdiyi üçün 1000 manat cəzalandırılıb. NİK Azərbaycan çempionatının birinci dəstəsində çıxış edən Yevlaxın “Karvan-2” və Bakının “Qaradağ” klublarını ikinci dövrənin oyunlarından imtina etməsi ilə əlaqədar AFFA-ya göndərdikləri məktubları nəzərə alaraq birinciliyin oyunlarından kənarlaşdırıb. “Karvan-2” və “Qaradağ” birinciliyin oyunlarının yarısında iştirak etdiyinə görə, ikinci dövrədə hər oyunda 0:3 hesablı texniki məğlubiyyət alacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR