Bank Of Baku

Şenes Erzik Afrika futbolunun inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb

Şenes Erzik Afrika futbolunun inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb
# 14 fevral 2007 15:00 (UTC +04:00)
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) birinci vitse-prezidenti Şenes Erzik Beynəlxalq Futbol Federasiyaları İttifaqının (UEFA) prezidenti Yozef Blatterlə birlikdə Afrika Futbol Federasiyasının 50-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimə qatılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Sudanda təşkil olunan tədbirdə Ş. Erzikə Afrika futbolunun inkişafındakı xidmətlərinə görə mükafat verilib. Bundan sonra Y.Blatterlə Ş.Erzik Sofiyada Bolqarıstan Futbol Federasiyasının rəhbərliyinin təşkil etdiyi tədbirə qatılıblar. Bu səfərlərindən razı qalan UEFA-nın birinci vitse-prezidenti Türkiyə futbolunda yaranan problemlə bağlı bildirib ki, FİFA rəsmiləri martın sonlarında Türkiyə Futbol Federasiyası, Türkiyənin İdman Nazirliyi və UEFA nümayəndələrinin iştirakı ilə görüş keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR